Səudiyyə Ərəbistanın “Əl-Əhli” komandası Almaniyanın “Ştutqart” komandasının fransalı yarımmüdafiəçisi Enzo Millotu transfer edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib:
"Əl-Əhli 2025-26 mövsümü ərəfəsində heyətini keyfiyyətli əcnəbi istedadlarla gücləndirməyə davam edir. Biz "Ştutqart" klubundan gənc istedad Enzo Millot ilə 3 illik müqavilə ilə imzaladıq."
23 yaşlı futbolçu ötən mövsüm "Ştutqart"ın heyətində bütün matçlarda 43 oyunda 12 qol vurub.
Fərid
MİA.AZ