AZ

Daha bir ölkə Fələstinin müstəqilliyini tanıyır

Ajans.az xəbər verir ki, bu barədə Avstraliyanın baş nazirinin ofisindən məlumat verilib. Məlumata görə, Avstraliya sentyabrda BMT Baş Assambleyası zamanı Fələstin dövlətini tanıyacaq. Bəyanatda qeyd edilib ki, bu addım Qəzzada atəşkəsə və girovların azad olunmasına beynəlxalq dəstəyi gücləndirmək məqsədi daşıyır.

Avstraliya həmçinin vurğulayıb ki, ikidövlətli həll yoluna qarşı çıxması və İsraili tanımaması səbəbilə gələcək Fələstin dövlətində HƏMAS-a yer ola bilməz.

Seçilən
41
2
Ajans.az

3Mənbələr