AZ

Lənkəranda yanğın törədən şəxs saxlanılıb

Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Ekologiya az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkarlamaq məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.

Elşən Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
23
31
ekologiya.az

10Mənbələr