
Avstraliya hökuməti ən yaxın tarixdə Fələstin dövlətini tanımağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sydney Morning Herald” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Avstraliya hökumətinin başçısı Entoni Albanese Kanberra Fələstin dövlətini tanımaq planlarını açıqlayacaq. Daha sonra Nazirlər Kabineti bununla bağlı qərar qəbul etmək üçün iclas keçirəcək.