AZ

Balıkesirdə yenidən zəlzələ oldu

Bu gün yerli vaxtla saat 10:26-da Balıkesirin Sındırqı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, zəlzələ 11,67 km dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, dünən Türkiyənin Balıkesir vilayətinin rayonunda 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə üç əlavə zəlzələ qeydə alınıb.

Seçilən
14
6
bakivaxti.az

7Mənbələr