AZ

DİM sədri abituriyentlərə çağırış etdi: Seçim sizin olmalıdır

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali məktəblərə sənəd verən abituriyentlərə müraciət edərək, ixtisas seçimində diqqətli və məsuliyyətli olmağa çağırıb.

Abbaszadə müraciətində ixtisas seçiminin gələcək karyera üçün vacib rol oynadığını bildirib.

“Əziz abituriyentlər, siz artıq imtahanları geridə qoymusunuz. Bu gün çox mühüm qərar qəbul etməlisiniz. İxtisas seçimi növbəti vacib addımdır. Bu addım sizin gələcəyiniz üçün vacib rol oynayır. İxtisas seçərkən düşünməlisiniz ki, 4 il sonra əmək bazarında hansı peşənin sahibi olmaq istəyirsiniz,” –  sədr qeyd edib.

Abbaszadə abituriyentləri təqdim olunmuş statistik göstəricilərdən və “Abituriyent” jurnalından düzgün istifadə etməyə çağırıb.

“Bizim sizə təqdim etdiyimiz məlumatlardan düzgün istifadə etməyi bacarmalısınız. Hansı bilik və bacarıqla əmək bazarında yer tuta biləcəyinizi əvvəlcədən düşünməlisiniz,” – o bildirib.

Məleykə Abbaszadə əlavə edib ki, hər bir abituriyent seçimini özü etməlidir.


“Bal sizin əməyinizin nəticəsidir. Seçim də sizin olmalıdır. Ən yaxşı qərarı yalnız siz verə bilərsiniz.”,- o əlavə edib. 

Hazırda ölkədə ixtisas seçimi prosesi avqustun 11-dən 19-dək davam edəcək.

Gülnar 

Seçilən
25
50
anews.az

10Mənbələr