Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 4,1 maqnitudada zəlzələ olub.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin dərinliyi 11,9 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.