AZ

Dünya çempionu üçün vida matçı keçirildi

36 yaşlı Mats Hummels Dortmund "Borussiya"sı ilə "Yuventus" arasında keçirilən yoldaşlıq görüşündə vida matçına çıxıb. 

Fanat.Az xəbər verir ki, oyuna kapitan sarğısı ilə başlayan alman müdafiəçi cəmi 18 dəqiqə sonra yerini Niklas Süleyə verib.

Alman futbolçu 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. O, "Bayern Münhen"də üç mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. 2024-cü ilin sentyabrında isə "Borussiya"dan ayrılaraq "Roma"ya keçib.

Klubun heyətində 508 oyun keçirən müdafiəçi iki Bundesliqa çempionluğu və iki Almaniya Kuboku da daxil olmaqla, altı titul qazanıb, həmçinin iki dəfə Çempionlar Liqasının finalında oynayıb.

Hummels Almaniya millisinin heyətində DÇ-2014-ün qalibi olub.

Seçilən
49
fanat.az

1Mənbələr