AZ

Avropa liderləri Trampın sülh təşəbbüslərinə qarşı çıxacaq

Avropa liderləri Kiyev rejimi ilə birlikdə ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı sülhməramlı təşəbbüslərinə qarşı çıxmağa hazırlaşırlar.

Doğru.az xəbər verir ki, bu barədə Almaniyanın Die Zeit qəzetinə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, həm Ukrayna, həm Almaniya, həm də Avropanın qalan hissəsi açıq şəkildə Trampa qarşı mövqe tutacaq, hətta amerikalıların iradəsinə zidd addımlar atacaq.

Məqalə müəllifinin fikrincə, Tramp Ukrayna və onun avropalı müttəfiqlərinin tələblərini nəzərə almasa, transatlantik böhran yenidən güclənəcək.

Daha əvvəl beynəlxalq təhlükəsizlik eksperti Mark Episkopos Ukraynanın şərqdə ərazilərini itirməsinin qaçılmaz olduğunu qeyd etmişdi.

DOĞRU.AZ

Seçilən
10
dogru.az

1Mənbələr