Ajans.az NY post-a istinadən xəbər veri ki,hadisə aprelin 13-də baş verib. Özünə zərər vermə tarixi olan və 2024-cü ildə dəfələrlə intihara cəhd etdiyi üçün xəstəxanaya yerləşdirilən Sara, həmin gecə otağından çıxaraq dayanacaq qarajının dördüncü mərtəbəsindən tullanaraq həyatına son qoyub. İddialara görə, xəstəxana onun üçün gecə-gündüz baxıcı, video müşahidə və qapı siqnalizasiyası kimi əsas təhlükəsizlik tədbirlərini ləğv etmiş, ölümündən əvvəl isə ona lazımi nəzarət təmin olunmamışdı. Sara Niyimbonanın anası Nəsra Gertrude bildirib: “Qızıma baxmağı bu xəstəxanaya etibar etmişdim. Necə oldu ki, heç kim onu görmədən otaqdan çıxdı və liftdən istifadə etdi?” Xəstəxana rəhbərliyi işdən çıxarmaların səbəbini tibb bacılarının Niyimbonanın qayğısında birbaşa iştirak etmədən onun tibbi sənədlərinə baxması ilə izah edir. Bu isə HIPAA federal məxfilik qanununun pozuntusu kimi qiymətləndirilir. Vaşinqton Ştat Tibb Bacıları Assosiasiyası isə bu qərarın, hadisə ilə bağlı mediaya danışan tibb bacılarına qarşı “qisas” olduğunu iddia edir və məsələ ilə bağlı şikayət ərizəsi verib. Providence sözçüsü Jen York, xəstəxananın araşdırma apardığını, xəstə məxfiliyinin qorunması üçün tədbirlər gördüyünü və Niyimbonanın ölümündən sonra intihar riskinin qiymətləndirilməsi və itkin xəstələrin axtarışı üçün yeni protokollar tətbiq etdiyini bildirib. Dövlət Səhiyyə Departamentinin araşdırması davam edir. Yaxınları Sara Niyimbonanı “tanış olduğu hər kəsin qəlbinə toxunan parlaq bir işıq” kimi xatırlayır.