AZ

“Qalatasaray” Alvaro Morata ilə yollarını ayırıb

Bakı.Trend:

“Qalatasaray” futbol klubun da ayrılıq yaşanıb.

Trend xəbərverir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, İstanbul təmsilçisi heyətində icarə əsasındaçıxış edən Alvaro Morata ilə vidalaşıb. Onunla müqaviləyəqarşılıqlı razılıq əsasında xitam verilib.

Müqavilə ilə İtaliya “Milan”ına məxsus olan ispaniyalı hücumçu ASeriyasının digər təmsilçisi “Komo”ya keçəcək.

Qeyd edək ki, “Qalatasaray” isə Moratanın gedişindən 5 milyonavro qazanacaq. O, bu ilin fevralında “cim-bom”a keçmişdi.

Seçilən
47
50
az.trend.az

10Mənbələr