
“Əl-Cəzirə” telekanalı İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində 4 əməkdaşının öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, ölənlər arasında telekanalın iki müxbiri (Ənəs əl-Şərif və Məhəmməd Kreyka), həmçinin, 3 operatoru (İbrahim Zaher, Məhəmməd Nofəl, Moamen Aliva) var.
Telekanalın bildirdiyinə görə, partlayış zamanı onlar “Əl-Şifa” xəstəxanasının girişində yerləşən jurnalistlər üçün çadırda olublar.
Zərbə yerli vaxtla gecə yarısına az qalmış pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.
Ümumilikdə zərbə nəticəsində yeddi nəfər həlak olub.
Telekanalın məlumatına görə, onun əməkdaşları son 24 saat ərzində İsrailin Qəzza zolağındakı əməliyyatları nəticəsində ölən 48 fələstinlinin siyahısına daxil edilib.
Digər tərəfdən, anklav hakimiyyət orqanları Qəzzada öldürülən jurnalistlərin sayının 230-u keçdiyini bildirib.