AZ

Tramp Rusiyadan neft alışına görə Çinə tarifləri artırmağı düşünür

ABŞ vitse-prezidenti J.D.Vens bildirib ki, Birləşmiş Ştatlar Rusiyadan neft almasına görə Çinə əlavə rüsumlar tətbiq etməyi istisna etmir. Lakin onun sözlərinə görə, Donald Tramp hələlik yekun qərarını verməyib.

“Çinlə iş daha mürəkkəbdir. Çünki Çinlə münasibətlərimiz… Bu, Rusiyaya aid olmayan bir çox başqa məsələlərə də təsir edir”, – deyə J.D. Vens söyləyib. Vitse-prezident əlavə edib ki, Donald Tramp müxtəlif variantları araşdırır.

Avqustun 6-da ABŞ prezidenti Hindistan mallarına əlavə 25 faiz rüsum tətbiq edib. Qərar Hindistanın Rusiya neftini idxal etməsi ilə izah edilib. Donald Tramp etiraf edib ki, o, daha bir neçə rusiyalı tərəfdaşa qarşı oxşar tədbirlər görə bilər.

Seçilən
5
banker.az

1Mənbələr