Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başlayır.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi 17 iyulda, I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi isə 24 iyulda elan edilib.