AZ

İranın rəsmi agentliyi prezidentin çıxışlarını sərt tənqid edib

Tasnim Agentliyi prezident Pezeşkiyanı “zəif” bəyanatlara görə ittiham edib...

Poliqon xəbər verir ki, İranın Tasnim informasiya agentliyi prezident Pezeşkiyanın ictimai çıxışlarını “neytral” və “zəif” xarakterli sayaraq, Ali Rəhbərin siyasətinə zidd olduğunu və ölkənin nüfuzuna zərər vurduğunu bildirib.

Agentlik prezidentin tənqidçilərə ünvanladığı “Danışmaq istəmirsiniz? Nə etmək istəyirsiniz? Döyüşmək istəyirsiniz? Olan oldu, bizi vurdular. İndi səhvlərimizi düzəltməsək, yenə gələcək və vuracaqlar!”, sözlərini misal gətirir və hesab edir ki, bu cür ifadələr İranın rəqiblərinə ölkənin həssaslığını göstərir.

Tənqid həmçinin Pəzəşkiyanın qonşu ölkələrlə münasibətlərdəki çətinliklər, hicab məcburiyyətinə qarşı çıxışı və Zəngəzur dəhlizi ilə bağlı İran mediasını ittiham etməsi barədə bəyanatlarını da əhatə edir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr