AZ

MİQ-də vakansiya seçimi başa çatır: az qaldı 

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi bu gün yekunlaşır.

Bu barədə Modern.az-a Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini yekunlaşdırmalıdırlar.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Seçilən
9
49
modern.az

10Mənbələr