
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ, başda İstanbul olmaqla, Marmara bölgəsində də hiss olunub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, rayonda bir binanın çökdüyünü, dağıntılar altında qalan 4 vətəndaşın xilas edildiyini bildirib. O, daha bir vətəndaşı xilasetmə işlərinin davam etdiyini qeyd edib.AFAD-ın məlumatına görə, zəlzələdən sonra ümumilikdə 20 afterşok qeydə alınıb. Balıkesir Bələdiyyə Başçısı Ahmet Akın, dağıntılar altında qalan bir nəfərin həyatını itirdiyini açıqlayıb.AFAD-ın verdiyi məlumata əsasən, yerli vaxtla saat 19:53-də Balıkesirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ yerin 11 kilometr dərinliyində qeydə alınıb və Marmara bölgəsinin bir çox şəhərlərində hiss olunub.Qeyd edək ki, həmin zəlzələ İstanbul, Tekirdağ, Eskişehir və İzmir şəhərlərində də hiss edilib.
Diqqət Çəkənlər
İsmayıllıda qəzada ölən gənc qızın FOTOSU
Rusiya ordusunun itkiləri artır
Trampdan gözlənilməz TƏYİNAT