Mats Hummels “Borussiya”da vida matçına çıxıb.
Publika.az xəbər verir ki, ötən mövsümün sonunda karyerasını başa vuran 36 yaşlı müdafiəçi Dortmundda “Yuventus”la yoldaşlıq oyununda start heyətində meydana çıxıb və 18-ci dəqiqədə əvəzlənib.
Hummels 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib. Mats daha sonra “Bavariya”ya keçib və 2019-cu ildə Dortmunda qayıdıb. 2024-cü ilin sentyabrında alman “Borussiya”dan ayrılaraq “Roma”ya keçib.