AZ

Etna vulkanında aktivlik müşahidə edilib

Roma, 11 avqust, AZƏRTAC

İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən oyanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Bildirilir ki, vulkanın 3000 metr yüksəkliyində, Bokka Nuova kraterinin cənub hissəsində müşahidə olunan lava axını cənuba doğru hərəkət edir. Ərazidə ciddi seysmik dəyişiklik baş verməyib.

Vulkandakı aktivliyə görə, narıncı uçuş xəbərdarlığı verilsə də Kataniya Hava Limanı hazırda fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Etna Avropanın ən hündür və aktiv vulkanıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Seçilən
69
35
azertag.az

10Mənbələr