AZ

Almaniya kansleri: Həftələrdir Trampdan Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi xahiş edirəm

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Almaniya Kansleri Fridrix Merts artıq bir neçə həftədir ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırdığını deyib.

Oxu.Az xəbər verir ki, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.

"Amerikalılar sanksiyaları elan etdilər, lakin onlar hələ də qüvvəyə minməyib. Əgər onlar həyata keçirilsəydi, bu, Rusiya iqtisadiyyatına ciddi təsir göstərəcəkdi. Mən həftələrdir ki, ABŞ prezidentini bunu etməyə çağırıram. İndi o, açıq şəkildə növbəti addımlar atmaqda qərarlı görünür", - Merts deyib.

Kansler bildirib ki, Alyaskada yüksəksəviyyəli danışıqlar nəticə verməsə, o zaman Rusiyaya qarşı təzyiqləri artırmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
oxu.az

1Mənbələr