Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələdə çökən binanın dağıntıları altından iki vətəndaş xilas edilib.
“Qafqazinfo”nun məlumatına görə, nazir bildirib ki, hazırda xilasetmə işləri davam edir.
“Dağıntılar altından 2 vətəndaş xilas edilib, daha 2 sakinin xilasetmə işləri davam edir”.
Sakinlərin dağıntılar altından çıxarılma anını təqdim edirik:
***
Ölkənin səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, dağıntılar altından 4 nəfər çıxarılıb. Onlar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri stabildir.