AZ

Alış-veriş PSİXOLOGİYASI – Marketlər bizi necə "aldadır"? 

İqtisadçılar və psixoloqlar bildirir ki, iri marketlər müştərilərin daha çox xərcləməsi üçün xüsusi psixoloji taktikalardan istifadə edir.

Referans xəbər verir ki, ən çox satılan məhsullar adətən göz səviyyəsində yerləşdirilir ki, alıcı onları daha tez görsün. Alış-veriş səbətlərinin böyük ölçüdə hazırlanması da insanı ehtiyacından artıq məhsul almağa sövq edir.

Bundan başqa, mağazalarda fon musiqisi yavaş tempdə seçilir. Bu, müştərinin mağazada daha çox vaxt keçirməsinə və nəticədə daha çox məhsul almasına təsir edir.

Endirim etiketləri isə bəzən real qiymət fərqini əks etdirmir. Mütəxəssislər bunun daha çox "psixoloji endirim" effekti yaratmaq üçün tətbiq olunduğunu bildirir.

Seçilən
15
2
referans.az

3Mənbələr