AZ

SAXAL: Bu gün 7 ölkə Qəzzaya 131 ton ərzaq yardımı atıb

BAKI, 10 avqust. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Almaniya, Belçika, Fransa, Niderland və İtaliya təyyarələri bu gün Qəzza zolağına içində 131 ton humanitar yardım olan paketlər atıb.

Teleqraf xəbər verir ki, hər paketə təxminən bir ton ərzaq daxildir.

Qeyd edək ki, SAXAL-ın məlumatına görə, iyulun 26-da İsrail Qəzza zolağına daha çox yardımın daxil olmasına icazə verdikdən sonra, 12 ölkə tərəfindən sektora 1100-dən çox humanitar yardım paketi atılıb. Atılan paketlərin beynəlxalq yardım qrupları tərəfindən təmin edildiyi bildirilir.

Seçilən
52
teleqraf.com

1Mənbələr