Ajans.az xəbər verir ki, bu barədə “sport24.ru” məlumat yayıb. Məlumata görə, 43 yaşlı mütəxəssisin komandası bu uğura IV turda “Orenburq” üzərində 1:0 hesablı qələbə qazanaraq nail olub. “Krasnodar” Rusiya çempionatlarında heç-heçəsiz oyunlar seriyasını 15-ə çatdırıb. Bu göstərici isə klub tarixində bir ilkdir. Komanda sonuncu dəfə RPL-də 2025-ci il martın 1-də evdə “Krylya Sovetov”la 1:1 hesablı heç-heçə edib. Həmin vaxtdan bəri “Krasnodar” çempionatda 12 qələbə qazanıb, 3 dəfə məğlub olub.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər Azərbaycan Premyer Liqası “Sabah”ın baş məşqçisi işləyib.