AZ

Kallasdan Putin Tramp görüşü öncəsi addım: Aİ nazirlərini toplayır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya və ABŞ arasında Ukrayna mövzusunda keçiriləcək zirvə görüşü öncəsi Aİ üzv ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Globalinfo.az xəbər verir ki, Kallas bildirib ki, ABŞ və Rusiya arasında əldə olunacaq hər hansı razılaşmada Aİ və Ukraynanın maraqları nəzərə alınmalıdır.

O, bu məqsədlə avqustun 11-də Aİ xarici işlər nazirlərinin fövqəladə görüşünü təşkil edəcəyini vurğulayıb.

Qeyd edək ki, Trampla Putin avqustun 15-də Alyaskada görüşəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr