Donetskin "Şaxtyor" klubu daha bir braziliyalı futbolçu transfer edib.
Offsideplus.az xəbər verir ki, Arda Turanın komandası Lukas Ferreyranı heyətinə qatıb. 19 yaşlı futbolçu üçün "San Paulo"ya 10 milyon avro ödənəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Gənc futbolçu "San Paulo"nun əsas komandasında 23 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.