Biləsuvar rayonunun Amankənd kəndində yanğın olub.
Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin (yaşayış olmayan) tavanı 80 m² sahədə, 4 ədəd pəncərə çərçivəsi və 1 otağa yığılan 500 kiloqram ot bağlaması yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.