AZ

79 yaşlı Ajda Pekkanın yeni imici gündəm oldu: sirri nədir? - Foto/Video

Türkiyəli məşhur müğənni Ajda Pekkan imicini dəyişib.

Publika.az xəbər verir ki, Çeşmedə konsert verən 79 yaşlı sənətçi yeni görünüşü ilə hər kəsi heyran edib.

Daha da gəncləşdiyi müşahidə olunan Pekkanın yenidən plastik əməliyyat etdirdiyi iddia edilir.

Sənətçinin yeni görünüşü sosial şəbəkələrdə müzakirələrə də səbəb olub. Maraqlıdır ki, əksər şərhlər Ajda Pekkanın görünüşündən çox gümrahlığı ilə bağlıdır. Onun videolarının altına "Deyək ki, gözəlliyini və gəncliyini estetik, plastik əməliyyatlara borcludur, bəs bu enerjini haradan tapır?", "Mənim 35 yaşım var, 2 saat ayaqda qalsam, özümə gələ bilmirəm, bu qadın səhnədə 2 saat rəqs etdi", kimi şərhlər yazılıb.

Qeyd edək ki, Ajdanın belə enerjili olmaq üçün xüsusi iynələrdən, dərmanlardan və bitki qarışımlarından istifadə etdiyini iddia edənlər də olub.

Ləman

Seçilən
22
publika.az

1Mənbələr