AZ

İranda polis idarəsinə hücum - Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində "Ceyş əl-Ədl" qruplaşmasının üzvləri polis məntəqəsinə hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir zabit isə yaralanıb.

Təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı silahlılardan üçü zərərsizləşdirilib, ikisi isə saxlanılıb.
Seçilən
50
4
sherg.az

3Mənbələr