AZ

İnyiqo Martines “Əl-Nəsr”ə keçdi

Səudiyyə Ərəbistanı “Əl-Nəsr”i 34 yaşlı ispan mərkəz müdafiəçisi İnyiqo Martinesi “Barselona”dan heyətinə qatıb.

Arena.az bu barədə “Əl-Nəsr”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər daha 1 il müddətinə uzadılması şərtilə, müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Martines “Barselona” ilə müqaviləsinə birtərəfli qaydada xitam verərək, azad agent qismində “Əl-Nəsr”ə qoşulub.

İnyiqo Martines “Real Sosyedad”ın məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin Bilbao “Atletik”i və “Barselona” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Martines “Barsleona” üçün 46 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

İnyiqo 2013-cü ilin avqust ayında debüt etdiyi İspaniya yığmasının heyətində 21 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
79
arena.az

1Mənbələr