Ağsuda məişət tullantıları yandıran şəxs daha geniş yanğına səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Pepperoni pizza
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Z.Bağırova məsuliyyətə cəlb olunub.
Telegram kanalımız