AZ

Çində çikunqunya virusuna 1 387 yeni yoluxma halı qeydə alınıb

Çinin Quandun əyalətində bir həftə ərzində çikunqunya virusuna 1 387 yeni yoluxma halı aşkarlanıb.

Day.Az bildirir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzin avqustun 3-dən 9-dək olan dövr üçün hesabatında qeyd olunub.

Yoluxanların böyük əksəriyyəti (1 212 nəfər) xəstəliyin mərkəzi sayılan Foşan şəhərində müəyyən edilib. Bölgədə gücləndirilmiş profilaktik tədbirlər həyata keçirilir, virus daşıyan ağcaqanadların məqsədyönlü məhvi davam etdirilir.

Məlumata görə, çikunqunya virusu iyulun əvvəlindən Quandun əyalətində isti və rütubətli hava şəraitinin ağcaqanadların çoxalmasına səbəb olması nəticəsində yayılmağa başlayıb.

Ümumilikdə, Çinin cənubunda qeydə alınan qızdırma hallarının sayı 8 mini keçib.

Seçilən
6
6
day.az

10Mənbələr