AZ

Vaşinqtondakı tarixi sülh razılaşması Malayziya mətbuatında geniş işıqlandırılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pekin, 10 avqust, AZƏRTAC

Malayziyanın aparıcı media qurumları ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda tarixi sülh razılaşmasının imzalanmasını geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, Malayziyanın ən böyük xəbər istehsalçısı olan BERNAMA dövlət informasiya agentliyi, əhatə dairəsinə görə Cənub-Şərqi Asiyada tanınmış “New Straits Times” qəzeti, eləcə də “Malay Mail”, “Free Malaysia Today” və “The Edge Malaysia” kimi nüfuzlu onlayn xəbər portalları Ağ Evdə keçirilən üçtərəfli görüşdə liderlərin uzunmüddətli sülhün bərqərar olması barədə razılığa gəldiklərini yazıb.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Donald Trampın Nobel Sülh mükafatına namizəd göstərilməsi təşəbbüsünü də elan etdikləri qeyd olunub. Vurğulanıb ki, saziş bölgədə kommunikasiya xətlərinin, o cümlədən Naxçıvana birbaşa tranzit yolunun yaradılmasını da nəzərdə tutur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
50
azertag.az

10Mənbələr