"Biz başa düşməliyik ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir və Xəzərdə tezliklə NATO bazaları görünə bilər".
Hakimiyyet.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Vladimir Solovyov deyib.
"Bu isə o qədər təhlükəlidir və geosiyasi prizmadan baxsaq, elə nəticələrə gətirib çıxara bilər ki, bu, dövrümüzün sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər", - deyə o əlavə edib.
Baku TV-nin departament rəhbəri Turan İbrahimov Vladimir Solovyovun bu fikirlərinə münasibət bildirib.
"Solovyov başa düşməli idi ki, bu gün Rusiyanın baxış bucağı ilə Cənubi Qafqazda yaranmış reallıqların səbəbkarı həm də onların oradan ulamalarıdır. "NATO buraya gələcək", "burada mövcud olacaq" və s. şəklində sözlərini nə üçün dediklərini gözəl anlayırıq. Vaxtilə Ukrayna ilə bağlı da bu cür ulamalar ona gətirib çıxardı ki, bu gün Rusiya Ukraynada bataqlıqda ilişib qalıb. Solovyovun dediyi həm də ona eyham vurur ki, eyni səbəblərlə guya onlar özlərində güc tapıb Qafqaza, Azərbaycana da ayı pəncələrini endirə bilərlər", ‒ deyə Turan İbrahimov qeyd edib.
Ətraflı Baku TV-nin süjetində: