Məlum olduğu kimi, Vaşinqton razılaşması bölgədə geosiyasi güc balansını dəyişdirib və bu, bir sıra qüvvələri ciddi şəkildə narahat edib. İlk və ən sərt reaksiya İrandakı mühafizəkar dairələrdən gəlib.
Belə ki, mühafizəkarların aparıcı simalarından biri, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti açıq şəkildə bəyan edib ki, Tehran Vaşinqton razılaşmasını qəbul edən tərəfləri “cəzalandıracaq”. O, xüsusilə sazişdə yer alan Zəngəzur dəhlizi ilə bağlı bəndin həyata keçirilməsinə İranın imkan verməyəcəyini bildirib.
politoloq Elxan Şahinoğlu qeyd edib ki, Vilayəti bu “mane olma” planının konkret necə həyata keçiriləcəyinə dair heç bir izah verə bilməyib.
Politoloqun fikrincə, bu, İranın hələ də bölgədə dəyişən şərtləri tam anlamadığını göstərir.
“Emənistandakı radikallar ABŞ-ın vasitəçilyinin əleyhinə olmadıqlarını söyləsələr də, Vaşinqton razılaşmasının Ermənistanın xeyrinə olmadığını izah etməyə çalışırlar. Ancaq onların “izahının” da məntiqi yoxdur, sadəcə Minsk Qrupunun yox olmasına, Zəngəzur dəhlizinin açılması perspektivinə yas tuturlar. Üçüncü qüvvə də peyda olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Vaşinqton razılaşmasının əleyhinə açıqlama verməsə də, Ermənistanın Rusiyadan qopa bilməyəcəyinə dair sətiraltı mesajlar verib.
Beləliklə, Vaşinqton razılaşmasının əleyhinə olanların Azərbaycana təzyiq alətləri yoxdur. Onlar baş nazir Nikol Paşinyanın üstünə tökülüşüblər. Buna görə də Nikol Paşinyan Vaşinqton razılaşmalarının yerinə yetirilməsini uzatmamalıdır”.
Elxan Şahinoğlu bildirib ki, Vaşinqton razılaşması Nikol Paşinyanın erməni cəmiyyətində mövqelərini gücləndirəcək:
“Bu ona imkan verir ki, parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyi etməklə Azərbaycanla sülh müqaviləsinin imzalanması işini də bitirsin”.
Yenisabah.az