"Real Madrid" komandasının və Belçika yığmasının keçmiş futbolçusu Eden Hazar karyerasını niyə 32 yaşında bitirdiyini açıqlayıb.
Redaktor.az bu barədə AS nəşrinə istinadla xəbər verir.
"Çünki artıq oyunla bağlı heç nəyi bəyənmirdim. Meydanda 90 dəqiqəni bəyənirdim, amma qalan heç nəyi yox: bir yerdən başqa yerə getmələr, sonsuz məşqlər, mediada işıqlandırma...", - deyə o vurğulayıb.
Belçikalı yarımmüdafiəçinin sözlərinə görə, indi məşqçilər oyunçulardan çox işləyirlər, bütün vaxt ərzində köməkçiləri ilə kompüter arxasında otururlar:
"Bu mənim ürəyimcə deyil. Bəzilərinin düşündüyü kimi 42 yox, 34 yaşım var. Məşqçi olmaq istəsəm, bunun üçün vaxtım var. İndi mən çox şeyi görə, övladlarımla vaxt keçirə və daha sakit həyat yaşaya bilirəm".