Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksandr Zinçenkonu pulsuz buraxmağa hazırdır.
“Report” “Il Mattino” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi yay transfer dönəmində 28 yaşlı oyunçu ilə yollarını ayırmaq niyyətindədir.
“Topçular” daha əvvəl ukraynalı cinah müdafiəçisi üçün 10 milyon funt sterlinq tələb edib. Futbolçuya maraq olmadığı üçün klub onu pulsuz göndərməyi də gözə alıb.
Hətta oyunçunun İtaliya təmsilçisi “Napoli”yə təklif olunduğu da bildirilib.
Qeyd edək ki, Aleksandr Zinçenko 2022-ci ildən “Arsenal”da çıxış edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.