Rusiya Donetsk vilayətinin bütün ərazisinin təhvil verilməsini tələb edir. Bu şərt yerinə yetirilərsə, Ukrayna ölkənin bu hissəsində əsas müdafiə xəttini itirəcək və bu da rusların Xarkov və Dnepr üzərinə hücumu üçün asan yol açacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.
Analitiklər qeyd edirlər ki, 2014-cü ildən Ukrayna Donbasın şimalında fasiləsiz müdafiə xətti qurur və bu xəttdə bəzi şəhər və qəsəbələr əsl qalalara çevrilib:
"Qala qurşağı H-20 Konstantinovka-Slavyansk avtomobil yolu ilə şimaldan cənuba doğru uzanan dörd böyük şəhər, bir neçə qəsəbə və kəndlərdən ibarətdir. Xəttin uzunluğu 50 kilometrdir"./axar.az