AZ

İlk qolunu vurdu

İsveçli hücumçu Viktor Qyökeres “Arsenal”da ilk qolunu rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, hazırda “topçular” İspaniyanın “Atletik” (Bilbao) klubu ilə yoxlama oyununda qarşılaşıblar. Qyökeres hesabı 34-cü dəqiqədə açıb.

Cəmi iki dəqiqə sonra Bukayo Saka fərqi artıraraq “Arsenal”ı 2:0 hesabı ilə önə keçirib. 82-ci dəqiqədə Kai Haverts komandasının üçüncü qolunu vurub.

Xatırladaq ki, Qyökeres bu yay “Sportinq”dən (Lissabon) 65,8 milyon avroya transfer olunub. 27 yaşlı hücumçu ilə 2030-cu il iyunun 30-dək müqavilə imzalanıb.

Premyer Liqanın 2025/26 mövsümünün ilk turunda “Arsenal” 17 avqustda doğma meydanda “Mançester Yunayted”i qəbul edəcək.

Seçilən
41
90deqiqe.az

1Mənbələr