Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hindistanlı həmkarı Subrahmanyam Caişankar arasında telefon danışığı baş tutub.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
Hindistanın xarici işlər naziri mühüm nailiyyətə görə təbrik edib və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyini ifadə edib.