Ajans.az The Guardian-a istinadən xəbər verir ki, radioaktiv material Şotlandiyanın qərbindəki Qlazqo yaxınlığındakı Loç Long ərazisinə sızıb. Söhbət Şotlandiyanın Kulport qəsəbəsi yaxınlığında yerləşən hərbi bazadan gedir.Yaxınlıqda yerləşən dörd Trident sualtı qayığı üçün nəzərdə tutulmuş nüvə başlıqları orada saxlanılır. The Guardian Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Sepa) sənədlərinə istinadən hərbi bazanın borularının dəfələrlə partladığını yazıb.Borularda partlamalar 2010-cu ildə bir dəfə, daha sonra 2019-cu ildə iki dəfə və 2021-ci ildə iki dəfə baş verib. Borulardan döyüş başlıqlarında istifadə olunan radioaktiv tritiumla çirklənmiş su sızdığı bildirilir. Məlumatda o da qeyd olunur ki, Sepa və Böyük Britaniyanın Müdafiə Nazirliyi uzun illər sızmalarla bağlı məlumatı gizlətməyə çalışıb və bunun milli təhlükəsizlik məsələsi olduğunu iddia edib. Lakin bu yaxınlarda Şotlandiyanın İnformasiya Komissarı Devid Hamilton məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı göstəriş verib.