Son günlər aktyor Berk Oktay şəxsi həyatı ilə bağlı iki ayrı iddia ilə gündəmə gəlib.
Publika.az xəbər verir ki, iddiaya görə, həyat yoldaşı Yıldız Çağrı Atiksoy onun telefonunda tərəf müqabili Gülsim Alidən gələn “Antalya yuxu kimi idi. Sənin üçün çox darıxmışam” mesajını görüb.
Bu hadisə “Harman Yeri” serialının çəkiliş meydanında başlayan yaxınlıq iddialarını daha da gücləndirib. Gülsim Alinin isə həmin mesajların yayılmaması üçün Atiksoydan xahiş etdiyi irəli sürülüb.
Ardınca aparıcı Tuğçe Aral, evli bir aktyorun ona sosial şəbəkələrdə mesajlar göndərdiyini bildirib və bu şəxsin Berk Oktay olduğu iddia olunub.