AZ

Ersin Tatar: "Birgə Bəyannamə regionda sülh və firavanlıq üçün güclü zəmin yaradacaq"

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ Evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.

Publika.az xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb.

O bəyan edib: “Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır”.

ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu prosesdə göstərdiyi siyasi iradəyə müsbət qiymət verib.

Şimali Kiprin lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitənin bərpası məsələsinə xüsusi diqqət yetirib. “Birgə Bəyannamədə öz əksini tapmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun iqtisadi inkişafı üçün stimul olacaq”, -deyə E. Tatarın bəyanatında vurğulanıb.

Seçilən
108
25
publika.az

10Mənbələr