
Abşeron rayonu ərazisində yerləşən 3 evdən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin evlərdən ümumilikdə 12 min manata yaxın pul və ümumi dəyəri 11 min manatdan çox olan qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DIN-in mətbuat xidməti məlumat yayıb.
Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 49 yaşlı M.Quliyev, 34 yaşlı F.Kamallı və 39 yaşlı F.Verdiyev müəyyən olunaraq saxlanılıblar.