Qoz qabığını soymaq çox vaxt ləpənin əzilməsi və qabığın hər tərəfə səpələnməsi ilə nəticələnir.
News24.az xəbər verir ki, ənənəvi üsullar - çəkic, şelkunçik və ya əl ilə sındırma hər zaman ideal nəticə vermir.
“Zorky” bloqunun müəllifi isə daha sadə və təsirli bir yol təqdim edib. Bunun üçün yalnız çəkic və şampan şüşəsi lazımdır. Qoz şüşənin boynuna, iti ucu aşağı olmaqla yerləşdirilir və kənardan yüngülcə vurulur. Nəticədə qabıq çatlayır, amma ləpə bütöv qalır və zədələnmir.
Bu üsul həm sürətli, həm də təmiz iş görməyə imkan verir — qabıqlar dağılmır, ləpələr isə bütöv şəkildə çıxarılır.
Aqil