AZ

Estoniya XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını tarixi addım kimi qiymətləndirir

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb”.

Operativ Media xəbər verir ki, bu barədə Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdiyi razılaşmanı şərh edərkən deyib.

Nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb: “Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin qətiyyətini və digər tərəfdaşların, o cümlədən Avropa İttifaqının ardıcıl səylərini alqışlayıram. Hazırda regionda davamlı sülhə yol açmaqla razılaşdırılmış bütün addımların tam və operativ şəkildə həyata keçirilməsi vacibdir”, - Marqus Tsaxna vurğulayıb.

Seçilən
73
50
operativmedia.az

10Mənbələr