Bakı. Trend:
Dünən ABŞ Prezidenti Trampın iştirakı ilə AzərbaycanlaErmənistan liderlərinin Ağ Evdə sülh muqaviləsinin müzakirəsi üçünbaş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılanaddımların ən əhəmiyyətlisi oldu. Ağ Evdə imzalanan Bəyannamə təkcəiki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyibaxımından mühüm strateji əhəmiyyət kəsb edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıMüşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, bu sənəd uzun illər davam edəngərginlikdən sonra bölgədə real sülh perspektivlərininformalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlərqurmasına zəmin yaradır:
“Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, ErmənistanınKonstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəalarınçıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsihər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır.Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil,həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək. Eynizamanda, tərəflər arasında etimadı gücləndirərək bölgədə sabitəməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək”.
Deputat vurğulayıb ki, Tramp ABŞ Prezidenti seçildikdən sonraiki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlaraçıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyəqədəm qoydu.
“Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığadoğru irəliləyir. Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədərəhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən “AzadlığıMüdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənədimzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizəqarşı ən böyük haqqsızlıq idi. Prezident İlham Əliyev Azərbaycandövlətinə və xalqına qarşı olan bu haqqsızlığı da aradanqaldırdı.
Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbətiqələbəsidir. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi.Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan özkonstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanınçıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi,Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideriVaşinqtonda bu məqsədinə də nail oldu”, - deyə M.Cəfərov qeydedib.
Milli Məclisin deputatı Günay Ağamalı isəTrend-əaçıqlamasında xatırladıb ki, son iki yüz ildə Cənubi Qafqazziddiyyətlərin və geosiyasi maraqların toqquşduğu məkan olaraqqeyri-stabil proseslərə ev sahibliyi edib. Müharibələr və onlarınyaratdığı dərin geopolitik böhran uzun müddət bölgənin inkişafınavə tərəqqisinə əngəl törədib:
“8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin ABŞ-yəsəfəri ölkəmizin xarici siyasət tarixində mühüm və tarixiəhəmiyyətə malik hadisə kimi yadda qalacaq. Vaşinqtonda keçiriləngörüşlər, xüsusilə Ermənistanın Baş naziri ilə imzalanmış BirgəBəyannamə, uzun illər davam edən münaqişə səhifəsini bağlayaraqregionda yeni sülh və əməkdaşlıq mərhələsinin əsasını qoydu.Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması bölgədəuzunmüddətli sabitlik, təhlükəsizlik və qarşılıqlı etimadın əsasınıqoyan strateji dönüş nöqtəsidir”.
Millət vəkili vurğulayıb ki, bu sənəd, Prezident İlham Əliyevinqətiyyətli liderliyinin, milli maraqlarımıza sarsılmaz bağlılığınınvə beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini dünyaictimaiyyətinə qəbul etdirmək bacarığının növbəti parlaqtəzahürüdür.
“Səfər çərçivəsində əldə olunan razılaşmalar, Azərbaycanın həmregional, həm də qlobal miqyasda nüfuzunu daha damöhkəmləndirdi.
ABŞ Prezidenti Donald Trampın prosesə verdiyi birbaşa dəstək,Güney Qafqazda dayanıqlı təhlükəsizlik və davamlı sülhünqurulmasına mühüm töhfə oldu. Bu səfər, eyni zamanda Azərbaycanınregional lider mövqeyini təsdiqləyərək yeni siyasi və iqtisadiimkanların qapısını açdı.
Hər bir azərbaycanlı üçün qürurverici məqam odur ki, Prezidentİlham Əliyevin prinsipial mövqeyi və diplomatik məharətinəticəsində ölkəmiz bu gün təkcə regionda deyil, beynəlxalq arenadada aparıcı söz sahibidir”, - deyə G. Ağamalı qeyd edib.