AZ

Prezident İlham Əliyevin Vaşinqton səfəri: Azərbaycan diplomatiyasının tarixi zəfəri

Bakı. Trend:

Prezident İlham Əliyevin Vaşinqtona səfəri ABŞ Prezidenti DonaldTrampın dəvəti ilə baş tutdu və həm ikitərəfli əlaqələr, həm dəregiondakı sülh prosesləri baxımından mühüm tarixi əhəmiyyətdaşıyır. Bu səfərin gündəliyini iki əsas istiqamət üzrəqruplaşdırmaq olar: İlk olaraq Azərbaycan-ABŞ əlaqələrinin yüksəksəviyyəyə çatması və ikitərəfli münasibətlərdə yeni dövrünbaşlanması istiqamətini qeyd etməliyik. İkinci istiqamət isə təbiiki, Azərbaycan-Ermənistan arasındakı sülh gündəliyi və regionalsabitlik məsələsidir.

Azərbaycan-ABŞ əlaqələrindən bəhs edərkən onu vurğulamaqlazımdır ki, 2024-cü ilin noyabrında ABŞ-da keçirilən prezidentseçkilərindən bir müddət əvvəl Şuşada baş tutan Qlobal MediaForumunda Prezident İlham Əliyev ABŞ-dəki seçki prosesi ilə bağlısualı cavablandırarkən o dövrdə prezidentliyə namizəd olan DonaldTramp haqqında müsbət fikirlər səsləndirmiş, onun siyasətinidəyərləndirmişdi. Dövlət başçısının bu çıxışı diplomatik baxımdanTrampın namizədliyinə verilmiş bir dəstək kimi qəbul olunmuşdur.D.Tramp ABŞ Prezidenti seçildikdən sonra da hər iki ölkə arasındatelefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi həyatakeçirilmişdir.

Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri “AzərbaycanRespublikası və Amerika Birləşmiş Ştatları arasında stratejitərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Stratejiİşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” oldu. Busənəd iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır.Bu strateji tərəfdaşlıq Azərbaycan-ABŞ arasında əsasən enerji,ticarət və tranzit də daxil olmaqla regional bağlantılar, süniintellekt, rəqəmsal infrastruktur və iqtisadi sərmayə, müdafiəsənayesi, terrorizmə qarşı mübarizə və təhlükəsizlik sahəsindəəməkdaşlıq istiqamətlərini əhatə edəcək.

Səfərin diqqətçəkən məqamlarından biri də 1992-ci ildə qəbuledilmiş və Azərbaycana ABŞ-dən dövlət yardımını məhdudlaşdıran“Azadlığı Müdafiə Aktı”nın 907 saylı düzəlişinin icrasınındayandırılması oldu. Xatırladaq ki, bu düzəliş Ermənistanıntorpaqlarımızı işğal etdiyi dövrdə Azərbaycana qarşı əsassızittihamlarla qəbul edilmişdi. Son illərdə Bayden-Blinkenadministrasiyası bu düzəlişi yenidən gündəmə gətirərək təzyiqvasitəsinə çevirməyə çalışmışdı. Trampın qərarı isə münasibətlərinmüsbət istiqamətdə dəyişməsinin göstəricisidir.

Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı isə onu qeydetmək lazımdır ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevvə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ PrezidentiDonald Trampın iştirakı ilə keçirilən görüşdə nəticədə BirgəBəyannamə imzalanmışdır. Məlumdur ki, Azərbaycan sülh müqaviləsiimzalamaq üçün Ermənistana iki əsas şərt irəli sürmüşdür. Həminşərtlər, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət vəErmənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarınınaradan qaldırılması idi. Bu şərtlər artıq nəzərə alınmışdır. Bu,yekun sülh sazişinin imzalanması üçün mühüm addımdır.

Bundan başqa, sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanarasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması barədə razılıqəldə olundu ki, bu da Zəngəzur dəhlizinin reallaşması deməkdir.Vaşinqtonda həmçinin ABŞ ilə Ermənistan arasında Zəngəzurdəhlizinin işə düşməsinə dair saziş imzalandı və ABŞ bu layihəninqarantı rolunu üzərinə götürdü. Beləliklə, Zəngəzur dəhlizininreallaşması Azərbaycan Prezidenti İlham Əliyevin çox önəmli birqələbəsidir. 100 ildən sonra ilk dəfə olaraq AzərbaycanınNaxçıvanla itirilmiş quru xətti bərpa olunur.

Vaşinqton görüşündə daha bir əlamətdar hadisə – Azərbaycan vəErmənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətniniparaflaması oldu. Bu, hələ yekun imza demək olmasa da,razılaşdırılmış mətnin təsdiqi baxımından mühüm mərhələdir. 2026-cıildə Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə birlikdəsazişin imzalanması gözlənilir.

Hesab edirəm ki, bütün bu nailiyyətlər, Azərbaycan Prezidentiİlham Əliyevin dövlətçilik tariximizdə son 300-400 ilin ən mühümdiplomatik qələbələrindən birinə imza atmasıdır. Prezident İlhamƏliyev müharibədə əldə etdiyi zəfəri sülh masasında da davametdirərək regionda və beynəlxalq hüquq müstəvisində yeni birmərhələnin əsasını qoymuşdur.

Tural Gəncəliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
73
2
az.trend.az

3Mənbələr