AZ

Qvardiola Vitor Reysin icarəyə göndərilməsini şərh edib

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 19 yaşlı müdafiəçi Vitor Reysin icarəyə verilməsi barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, "City Xtra" ispan çalışdırıcının dediklərini belə çatdırıb.

"Mənim fikrimi bilirsiniz. Komandada çox sayda futbolçunun olmasını xoşlamıram. Bu, Vitor Reysin 'Jirona'ya keçməsinin səbəblərindən biridir. Mən Vitoru çox sevirəm, onun inanılmaz gələcəyi var, amma istəmirəm ki, hər həftəsonu evdə otursun"

Qeyd edək ki, gənc braziliyalı növbəti mövsümü İspaniyanın "Jirona" klubunda keçirəcək.

"Mançester Siti" Vitor Reysi yanvarda 37 milyon avroya transfer edib. O vaxtdan bəri braziliyalı futbolçu cəmi dörd oyunda meydana çıxıb.

Seçilən
61
90deqiqe.az

1Mənbələr