Bakıda qətl hadisəsi olub.
Bizim.Media "Lent.az"a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.
29 yaşlı Piriyev İkram Rəhim oğlu küt alətlə vurularaq, qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Zahir Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media